Jihan Wu: İCO – maliyyə köpüyüdür

Mayninq avadanlıqları istehsalçısı olan Bitmain-ın icraçı direktoru Jihan Wu CoinGeek-ə verdiyi müsahibədə qeyd edib ki, İCO maliyyələşdirmə modeli kimi özünü təsdiq edə bilmədi və İCO-köpüklər tezliklə partlayacaq.     ico-kriptovalut-2018-min-950x805 

    Jihan Wu: “Hesab edirəm ki, İCO bir növ qeyri-stabil maliyyə köpüyüdür. Nəticə etibarı ilə köpük sonda partlayacaq, bu sadəcə zaman məsələsidir. Ola bilsin bir neçə ilə İCO-lar yoxa çıxa bilər”. Bitmain CE0-su hesab edir ki, ənənəvi qiymətli kağızlar zamanla tokenləşməyə miqrasiya edəcəklər. Lakin hazırki İCO model hansı ki, bu zaman investor token alarkən dividentlə təmin edilmir və səsvermə hüququna malik olmur – bu model sonda yox olacaq. Çünki bu zaman investor yalnız spekulyativ məqsədlər üçün İCO-da iştirak edir və bu zaman yeganə məqsəd odur ki, tokenlər yenidən daha baha qiymətə satılacaq.

 

Leave a Reply