Almaniyanın maliyyə naziri Olaf Scholz Munster şəhərində keçirilən “vətəndaş dialoqu” tədbirində çıxış edərkən bəyan edib ki, hazırda kriptovalyutalar fiat pulları əvəz edə bilmir. Onun fikrincə kriptovalyutaların kütləvi tətbiqi üçün zəruri proseslər o qədər bahalıdır ki, onların reallaşdırılması 20-30 il çəkə bilər.
Olaf Scholz: “Kriptovalyutalar tənzimləyicilər tərəfindən nəzarət edilməlidir, çünki onlar terrorçuluq, çirkli pulların yuyulması və ya digər cinayət əməllərini maliyyələşdirmək üçün istifadə oluna bilər. Düşünmürəm ki, bu gün onlar iqtisadi əhəmiyyətə malikdir”.