Amerikada Post Oak Motor Cars avtomobil salonu ödəniş vasitəsi kimi bitcoin və bitcoin cash qəbul edəcəyini elan etdikdən iki həftə sonra Bentley avtomobili üçün bitcoin ilə ödəniş edən ilk müştəri tapıldı. Bitcoin ilə ödəniş edərək Bentley Continental GT avtomobilini alan amerikalı biznesmen və Delicious Concepts restoranlar şəbəkəsinin sahibi Ken Bridge oldu. Ken Bridge: “Mənim Tilman Fertitta-ya böyük hörmətim var. Blockchain və kriptovalyutalar şübhəsiz ki, gələcəyin texnologiyalarıdır. Tilman Feritta-nı bitcoin-i ödəniş vasitəsi olaraq təqdim edilməsinə verdiyi böyük qatqısı üçün alqışlayıram”. O, həmçinin qeyd edib ki, ilk dəfə bitcoin alanda onun qiyməti 648 dollar idi.
Satış əməliyyatını Post Oak Motor Cars avtosalonunun ödəmə partnyoru olan BitPay həyata keçirib. Bentley Continental GT-nin alış qiyməti açıqlanmayıb lakin qeyd etmək lazımdır ki, bu avtomobilinin orta qiyməti 220.000-320.000 dollar təşkil edir.
Müəllif: Elnur Quliyev