Ripple 62% dəyər qazandı

    Ripple sentyabrın 20-dən başlayaraq sürətlə dəyər qazanmağı müşahidə olunmaqda idi. Artıq bu gün CoinMarketCap-ın saat 18.00 olan məlumatına əsasən Ripple son 24 saat ərzində 62% qalxaraq 0.58 dollara yüksəlib. Ripple-nin bazar kaptalizasiyası 23.6 milyard dollar oldu və “Top 10”-da 2-ci pilləyə qalxdı. Buna əsas səbəb kimi Ripple-nin Amerikanın aktivlərinə görə “top 10”-da yer tutan PNC bankı ilə əməkdaşlıq haqqında xəbərləri oldu. PNC bankın 2017-ci ildə təmiz gəliri 16 milyard dollar olub və Amerikanın 19 ştatında filial şəbəkəsinə malikdir. Ripple ilə əməkdaşlıq xəbəri həmçinin bankın səhmlərinin 1.4% artmasına səbəb oldu.

   Xatırladaq ki, sentyabr ayında Ripple Səudiyyə Ərəbistanın ən böyük bankı olan National Commercial Bank ilə əməkdaşlıq edəcəyini bəyan etmişdi.

210318-3.jpg

Leave a Reply