Alman biznes məktəbində “Blockchain” təlimləri

740_aHR0cHM6Ly9zMy5jb2ludGVsZWdyYXBoLmNvbS9zdG9yYWdlL3VwbG9hZHMvdmlldy9hYzc0ZGFmODNjY2IwNzMzZDQzZWFmZDljZWM0ZDgxNS5qcGc=Almaniyanın Frankfurt School of Finance & Management” biznes məktəbi blockchain mütəxəssisi diplomu almaq üçün təhsil proqramı təklif edir. Proqram üzrə təhsil almış tələbələr sertifikatlaşdırılmış blockchain eksperti diplomu alacaqlar. Proqram Consensys blokçeyn şirkəti və Frankfurt blokçeyn cəmiyyəti ilə birlikdə hazırlanıb. Tədris proqramı yeni texnologiya ilə əlaqəli geniş spektorlu mövzuları əhatə edir: hüquqi aspektlər, kibertəhlükəsizlik, kriptoqrafiya, de-mərkəzləşdirilmiş şəbəkələr, smart kontraktlar və onların tətbiqinin praktiki nümunələri. Proqram üzrə tam və ya müxtəlif konkret modullar üzrə tədris aparılacaq. Tam proqram üzrə təlimi seçən tələbələr diplom işi yazaraq və sonda imtahandan müvəffəqiyyətlə keçdikdən sonra blockchain eksperti diplomunu alacaq.

      Xatırladım ki, “Top-50”-yə daxil olan dünyanın ən güclü universitetlərinin 42%-i artıq öz tədris proqlarına kriptovalyuta və blockchain texnologiyası üzrə təlimləri daxil ediblər.

l1109rus

 

Elnur Quliyev

Leave a Reply