Sinqapurda sentyabr ayının 19-20 keçirilən “Consensus Singapore 2018″ konfransı zamanı 2018-ci ildə kriptovalyuta bazarının azalmasına baxmayaraq bitcoin üçün mayninq avadanlıqları istehsal edən şirkət rəhbərləri mövcud aşağı qiymətlərdən qorxmadıqlarını bildiriblər.
2014-cü ildən dünyada ilk ASİC-maynerlər istehsalçılarından biri olan Çinin Innosilicon şirkətinin təsisçisi Alex Ao çıxışı zamanı: ” Mayninq biznesinin öz xüsusiyyətləri var. Biz bu biznesə 2014-cü ildə başladıq və bitkoinin qiymətinin dəfələrlə necə qalxdığını və düşdüyünü gördük. Biz hələ də bu sektorun gələcəyinə inanırıq. Tarix həmişə təkrarlanır – bu iqtisadiyyatın mahiyyətidir” deyib.
Mayner istehsalçısı olan Bitfury-in maliyyə direktoru Henry Monzon öz çıxışda qeyd edib ki, mayninq sənayesi hazırda konsolidasiya mərhələsinə daxil olur və inkişafı davam edir. O, həmçinin elan edib ki, Bitfury bitkoin mayninqi üçün yeni “ən yüksək məhsuldarlıq təklif edən və effektivlikdə bərabəri olamayan” ASIC Clarke burxacaq.