Oktyabr ayında Google kriptovalyuta reklamlarına qoyduğu qadağanı götürmək istəyir. CNBC-nin məlumatına əsasən Google kriptovalyuta ilə əlaqədar reklamlarla bağlı siyasətini dəyişmək istəyir və bu reklamların bəzi növlərinə yenidən imkan vermək niyyətindədir.
Google tərəfindən kripto sektor ilə bağlı reklamların qadağan edilməsi qərarı şirkətin müştərilərini fırıldaqçılıqdan qorumaq istəyi ilə bağlı idi. Reklam qadağası mart ayında elan edilmişdi lakin üç aydan sonra qüvvəyə mindi. Qadağa İCO, kriptovalyuta birjaları və cüzdanları, kripto-ticarət məsləhət xidmətləri ilə bağlı reklamlara tətbiq edilmişdi. İyun ayında Facebook da Google kimi reklam qadağalarını tətbiq etmişdi. Hətta bəzi dövlətlər də öz ölkəsinin təcrübəsiz investorlarını qorumaq üçün ümumiyyətlə kriptovalyutalara qadağa qoymuşdur. Lakin zaman keçdikcə sektor üzrə məlumatlandırma artması və kriptovalyuta bazarının inkişafı nəticəsində müxtəlif ölkələrdə bəzi qadağalar ləğv edildi.
Google də artıq reklam qadağalarını qismən ləğv etməyə hazırdı. İCO ilə bağlı reklam qadağası qalsa də kriptovalyuta platformalarının reklamlarına icazə veriləcək. Google-nin yeni reklam siyasəti çərçivəsində kriptovalyuta birjalarının reklamı yalnız Yaponiya və ABŞ üçün imkan yaradılacaq. Bu səbəbdən Google reklam verən şirkətlər üçün bir sıra tələblər qoyacaq. Yəni reklamlar Google tərəfində hər bir göstərilən ölkə üçün ayrıca sertifikatlaşdırılacaq.