Dünyada ilk milli kriptovalyuta

    2017-ci ilin sentyabr ayında Belarus höküməti ilk milli kriptavalyutasının – Taler yaradılmasını elan etdi. Taler-in yaradıcı qrupundan olan belarus iqtisadçıları və İT mütəxəssisləri qeyd ediblər ki, yeni kriptovalyuta heç bir halda ölkədə ödəniş vasitəsi olan – belarus rublu ilə rəqabət aparmaq üçün yaradılmayıb. Taler-i yaratmaqda əsas məqsəd ölkə iqtisadiyyatına investiyanın cəlb edilməsi, həmçinin kiçik və orta sahibkarlığın inkişafına kömək etməkdir.

  1511308828taler-e1538302866354.jpg  Taler bitkoinin alqoritmi əsasında yaradılıb və sayı 23.333.333 olacaq. Kriptovalyutanın vahid emissiya mərkəzi yoxdur və istifadəçilər tərəfindən birbaşa şəbəkədə mayninq ediləcək. Kripto-talerin ilk tranzaksiyası 13.09.2017 tarixdə keçirilib. Oktyabrın 6-da isə proyektin rəsmi saytı – taler.site  istifadəyə verildi. Bu sayt vasitəsi ilə istənilən şəxs xüsusi proqramı öz kompyuterinə yükləyərək Taler mayninq edə bilər. Hazırda Taler-i yalnız Windows və Linux istifadəçiləri istifadə edə biləcəklər, çünki kriptovalyutanın yaradıcıları tərəfindn hələ ki, bu əməliyyat sistemləri üçün xüsusi kripto-cüzdanlar yaradılıb.

    Talerin nominal məzənnəsi 10 Belarus rubluna bərabərdir və kriptovalyutanın zamanla ölkənin maliyyə sisteminə inteqrasıyası edilməsi planlaşdırılıb. Kriptovalyutanın yaradıcıları hesab edir ki, milli kriptovalyutanın tətbiqi inflyasiya səviyyəsinin və kredit üzrə faizlərin enməsinə, ölkədaxili ödəniş sistemindəki problemlərin aradan qaldırılmasına, ümumilikdə isə maliyyə sisteminin effektivliyinin artırılmasına kömək edəcək.

talerBigSilver-1

 

 

Elnur Quliyev

Leave a Reply