Çinin ən populyar elm və texnika haqqında Beijing Sci-Tech Report (BSTR), həmçinin “Technology life” kimi də tanınan jurnalı 30 sentyabrda 2019-cu il üçün abunə haqqını bitkoinlə qəbul etməyə başladığını elan etdi.
Beijing Sci-Tech Report (BSTR) ölkənın ən qədim elm ve texnika aid jurnalı hesab edilir və 2019-cu ildə jurnalın çap və online versiyası üçün abunə haqqı 0.01 BTC (65 dollar) təşkil edəcək. Jurnala abunə haqqının bitkoinlə ödənilməsində maraqlı xüsusiyyət odur ki, əgər bitkoinin qiyməti qalxarsa abunəçilərə arada yaranan qiymət fərq geri qaytarılacaq.