Joseph Muscat: Kriptovalyutalar fiat pulların qaçılmaz gələcəyidir

     Maltanın baş naziri Joseph Muscat BMT-nin 73-cü Baş Assambleyasında çıxışı zamanı bəyan edib ki, blockchain texnologiyası mövcud maliyyə sistemini yaxşılaşdıracaq və kriptovalyutalar fiat pulların qaçılmaz gələcəyidir.

21782047829_53f998c2c4_k2Joseph Muscat: “Malta həqiqətən bu yeni texnologiyanı hüquqi cəhətdən tənzimləyən dünyada ilk “blockchain ada”-dır. Əminliklə demək olar ki, kriptovalyutalar öz şəffaflığı sayəsində fiat pulların gələcəyi olacağı qaçılmazdır və gələcəkdə qeyri-qanuni maliyyə fəaliyyətlərin aşkar edilməsinə imkan verəcək. Blokçeyn texnologiyası təkcə rəqəmsal pulların yaradılması və inkişafı ilə məhdudlaşmır, həmçinin insanlara sənədlərin təhlükəsiz saxlanmasına və öz aralarında dəyişdirilməsinə imkan yaradır. Bu texnologiya humanitar yardımların izlənilməsinə və həqiqətən təyinatlarına çatmasını izləməyə kömək edəcək”.

    Dünyada blokçeyn və bitkoin icmalarının fikirlərinə əsasən demək olar ki, ölkə ərazisində blokçeyn və kriptovalyuta bazarının tənzimlənməsi üzrə şəffaf qanunvericilik aktlarının qəbul edilməsi və kripto-biznes üçün ən rahat şəraitin yaradılması sayəsində Malta qlobal blokçeyn-mərkəzinə çevrilib. Sentyabr ayında Maltanın Fond Birjası ilə dünyada ticarət dövriyyəsinə görə ən iri kriptovalyuta birjası olan Binance ilə birgə rəqəmsal birjanın yaradılması barədə razılığa imza atılıb.

Elnur Quliyev

 

 

Leave a Reply