Kripto bankomatların (ATM) statistikası: Oktyabr 2018

  CoinATMradar.com-ın 06.10.2018 tarixinə olan məlumatına əsasən hazırda dünyada 3829 ədəd kripto-ATM mövcuddur. Hər gün orta hesabla 6 ATM quraşdırılır. Ümumilikdə kripto bankomatların 38%-də ikitərəfli əməliyyat aparmaq, yəni həm almaq, həmdə satmaq mümkündür. Bankomatlarda əməliyyatlar üzrə orta faiz dərəcəsi 8.4% (alış zamanı 9%, satışda isə 7.2%) təşkil edir. Bankomatların 99.9%-i Bitcoin-i, 55%-i Litecoin-u, 37.6%-i Ethereum-u, 17%-i isə Dash-ı dəstəkləyir.

crypto-atmsBankomatların 73%-i Amerika, 22%-i isə Avropa qitəsinin payına düşür. Ölkələr üzrə statistika: ABŞ- 2290, Kanada- 671, Avstriya- 228, Böyük Britaniya- 203, Rusiya- 66, İspaniya- 66, Çexiya- 63, Avstraliya- 55, İtaliya- 38, İsveçrə- 36, Sloveniya-34, Hollandiya- 23, Polşa- 26, Finlandiya-19,  Yaponiya-12.

Kripto-ATM istehsal edən edən 31 şirkətdən 3-ü: Genesis Coin (32.8%), General Bytes (28.9%) və Lamassu (11.1%) ümumi bazarın 72%-nə sahibdir. Ekspertlərin hesablamalarına əsasən ötən il bitcoin-bankomatların bazar həcmi 6.8 milyon dollar təşkil edib və 2018-ci ildə 16.3 milyon dollara çatacaq. Bankomantların sayı  illər üzrə: 2015-ci ildə 503, 2016-cı ildə 954, 2017-ci ildə isə 2028 ədəd olmuşdur.

     Online rejimdə sizə ən yaxın kripto ATM olduğu yeri, bankomantdan bitcoin və ya digər kriptovalyutanı necə almaq və ya necə satmaq qaydaları saytda ətraflı izah edilib.

 

Elnur Quliyev

Leave a Reply