1 Bitcoin ilə 18 ölkəni gəzən turist

     Rafael Hauxley bir il ərzində cüzdanında cəmi 1 bitcoin olmaqla 18 ölkəni gəzərək kripto-film üçün materiallar çəkib. O, 2017-ci ilin avqust ayında 4724 dollara 1 bitcoin alaraq səyahətini Portlend-dən (Oreqon ştatı) başladı. Bitkoin-səyahətçinin əsas məqsədi dünyadakı kriptointuziastlarla tanış olmaq, həmçinin səyahət boyu bütün xərclərin bitkoinlə hesablaşmağın mümkün olmasına əmin olmaq idi. Rafael səfəri zamanı Çin, Honk Qonk, Tayvan, Myanma, Kamboca, Tayland, Sinqapur, Malayziya, Filippin, Hindistan, Efiopiya, Misir, Çexiya, İsveçrə, Fransa, Belçika, Hollandiya, Almaniya, Danimarkada olmuş və bu zaman bütün ödənişləri bitkoinlə etmişdi. O, yalnız Çində kriptovalyuta ilə ödənişlərə tətbiq edilən məhdudiyyətlər səbəbindən bank kartından istifadə etmək məcburiyyətində qaldı. Lakin, Rafael-in istifadə etdiyi və Bitpay tərəfindən verilən kart onun  bitcoin cüzdanına bağlı idi.

   03_10_btc.jpgRafael Hauxley il ərzində kripto aləmin məşhur simaları olan John McAfee, Vitaly Buterin ilə görüşüb, bir çox ekspertlərdən müsahibə almağı bacarıb və kriptovalyuta haqqında “Bitcoin Around the World” adlı sənədli filmi üçün ümumilikdə 178 saatlıq material çəkib. Rafael Hauxley: “Biz kriptovalyutaların ödəniş vasitəsi kimi qəbul edilməsində pozitivliyimizi saxlamalıyıq. Məsələ hətta qiymətdə deyil, kriptovalyuta bizə maliyyə azadlığı və müstəqilliyi hiss etməyə imkan yaradır”.

       Xatırladım ki, 2015-ci ildə Felix Weis adlı proqramist də dünyanı səyahət edərək 18 ay ərzində yalnız bitkoindən istifadə etməyi hədəf qoymuşdu. Həmin vaxt Felix Weis gəzdiyi ölkələrdə kriptovalyutalarla ödənişlərin çox az halda olduğunu müşahidə etmiş və görüşdüyü insanların böyük əksəriyyətinin ümumiyyətlə kriptovalyuta haqqında anlayışının olmamsı ilə rastlşamışdır.

 

Elnur Quliyev

Leave a Reply