Kriptovalyuta fondları

       Crypto Fund Research tərəfindən aparılan araşdırmanın nəticəsində məlum olub ki, 2018-ci ilin ilk yeddi ayında 96 kriptovalyuta fondu yaradılıb. Tədqiqatçılar hesab edir ki, trendin davam etdiyi təqdirdə ilin sonuna qədər fondların sayı 165-ə çata bilər.

2_95

Hazırda dünyada ümumilikdə 446 kriptovalyuta fondu var. Onlardan:

  • 55%-i  – hedc fond
  • 45% – vençur kapitallı fond
  • 3%-i birbaşa investisiyalı fond

 

   Crypto Fund Research-ın araşdırmasına əsasən kriptovalyuta fondlarının nəzarəti altında olan aktivlər 7,1 milyard dollar təşkil edir. Ənənəvi maliyyə sisteminin standartlarına görə bu rəqəm kifayət qədər azdır. Lakin tendensiya artım üzrə gedir. Müqaisə üçün qeyd edim ki, JPMorgan Asset Management hedc fondu dəyəri 47,4 milyard dollar olan aktivləri idarə edir.

Hedge_Fund_Launches_by_Year_1_

Dünyada hedc fondların sayına görə ABŞ (252) liderdir. İkinci yerdə Çin (34) durur. Şəhərlər arasında isə San-Fransiko liderdi, daha sonra Nyu-york (6), Sinqapur(5) və London(4).

3_51

    Xatırladım ki, avqust ayında Autonomous Next analitik şirkətinin apardığı araşdırmaya əsasən kriptovalyuta fondlarının əksəriyyətinin zərəri 50%-i keçib. Bu fondlar arasında Michael Novogratz-a məxsus olan Galaxy Digital LP, həmçinin Multicoin Capital və Polychain Capital fondları var. Bəzi fondlar isə kriptovalyuta bazarında qiymətlərin enməsı fonunda öz fəaliyyətlərini dayandırmağa məcbur olublar.

Müəllif:  Elnur Quliyev

 

Bitcoin haqqında maraqlı faktlar

Elnur Quliyev: Kriptovalyutalara itirməyi gözə aldığınız məbləğdə investisiya edin

Kriptovalyuta bazarı 2018 (video)

Arb24 TV-də kriptovalyuta müzakirəsi: Yanvar 2019

Arb24 TV-də kriptovalyuta müzakirəsi: Dekabr 2018

 

 

Leave a Reply