Çinin ən varlı şəxsləri arasında 13 kripto-milyoner

   Şanxayın Hurun tədqiqat institutu növbəti dəfə 2018-ci il üzrə Çinin ən zəngin insanlarının siyahısını açıqlayıb. Hər il açıqlanan Hurun China Rich List-də minimal kapital həddi 2 milyard yuan (288 milyon dollar) nəzərə alınıb. Tərtib edilmiş reytinqə kriptovalyuta sənayesinin 13 nümayəndəsi daxil olub ki, onların da 6-nın sərvəti 1 milyard dolları keçir.

China-Hardens-the-Noose-on-124-Offshore-Cryptocurrency-Exchanges-600x450Bitamin-in həmtəsiçisi Micree Zhan 4.25 milyard dollarlıq aktivi ilə reytinq üzrə 95-ci yer ilə Çinin ən varlı yüzlüyünə daxil olub. Bitmain-ın icraçı direktoru Jihan Wu-un isə sərvəti 2.38 milyard dollar (204-cü yer) dəyərləndirilib. Reytinqə həmçinin Binance, Huobi və OKCoin kriptovalyuta birjalarının rəhbəri: Zhao Changpeng (2.1 milyard), Li Lin (1.4 milyard) və Star Xu (1 milyard dollar). Siyahıda göstərilən kriptovalyuta sənayesinin 13 nümayəndəsindən 6-sı Bitmain-da, 3-ü isə Canaan Creative-də işləyir.

 

 

Elnur Quliyev

Leave a Reply