Boks üzrə eks dünya çempionu Emmanuel Dapidran “Manny” Pacquiao Sinqapurun Global Crypto Offering Exchange (GCOX) platforması ilə partnyorluq müqaviləsi bağlayıb. Keçmiş çempion 2019-cü ilin əvvəlində Pac Token adlanan öz kriptovalyutasını buraxmağı planlaşdırır. Manny Pacquiao dünyada ilk və yeganə boksçudur ki, 8 çəki dərəcəsi üzrə dünya çempionu olmağı bacarıb.