Tbilisidə 30-31 oktyabr tarixlərində Gürcüstanın Rəqəmsal İqtisadiyyat Assosiasiyası (DEAG) tərəfindən təşkil edilən və “Bitcoin White Paper“-in 10 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək. Tədbirdə 10 ölkədən 200-dən qonağın iştirakı etməsi gözlənilir. Spikerlər bitkoin üçün son 10 ilin yekunlarını müzakirə edəcək və 2019-2020 illər üçün öz fikirlərini bölüşəcəklər. Tədbir haqqında daha ətraflı Bitcoin Birth Day saytından əldə etmək olar.
Tədbir iştirakçılar üçün maraqlı proqram hazırlanıb. Georgian Mining Association mayninq fermalarına ekskursiya təşkil edəcək və Gürcüstanın sənaye mayninqinin potensialını nümayiş etdirəcək. Çindən və digər ölkələrdən gələn investorlar üçün Gürcüstanın faktiki mövcud olan və gələckəd planlaşdırılan kripto-proyektləri təqdim ediləcək. Bundan əlavə, Great Crypto Georgian Tour 2019 elan ediləcək. Təşkilatçılar qonaqlar üçün gürcü rəqsləri, bayram tortu və yerli mətbəxin məşhur yeməkləri ilə müşayət olunan kripto-banketin təşkilini planlaşdırır.
Xatırladım ki, 10 il əvvəl – 31 oktyabr 2008-ci ildə Satoşi Nakamoto (Satoshi Nakamoto) internetdə Bitcoin White Paper dərc etdi və bununlada dünya maliyyə sisteminə meydan oxuyan bitcoin kriptovalyutasının yaranmasına səbəb oldu. Bitcoin son 10 il əsrzində nəinki ayaqda durmağı bacardı hətta bir çox insan onun vasitəsi ilə millyoner oldu. Hazırda bitkoinin qazandığı uğuru sonrdan yaranmış 1500-dən çox kriptovalyutalar təkrarlamağa çalışır. İnsanlar bitcoin sayəsində pulların üzərində dövlətlərin və bankların hakimiyyətindən qurtulmaq üçün bir vasitə əldə etdilər, çünki blockchain texnologiyası vasitəçiləri lazımsız edir. Nəticədə yeni bir sektor – kriptosənaye yarandı ki, ətrafında onminlərələ insanı birləşdirdi.