Reuters agentliyinin verdiyi məlumata əsasən FATF kriptovalyutaların tənzimlənməsi üzrə beynəlxalq standartları 2019-cu ilin ikinci rübünə təqdim edəcək. FATF (Financial Action Task Force) maliyyə cinayətləri və çirkli pulların yuyulması ilə mübarizə üzrə hökümətlərarası beynəlxalq qurumdur və 1989-cu ildə yaradılıb. FATF-a 36 ölkə üzvdür.
FATF-ın 18.10.2018 tarixdə dünya üzrə 204 tənzimləyici orqanın nümayəndəsinin iştirak etdiyi plenar iclasında kriptovlayuta sektorunun tənzimlənməsi mexanizmləri müzakirə olunub. FATF-ın rəhbəri Marshall Billingslea kriptovalyutaların tənzimlənməsi üzrə standartların 2019-cu il iyun ayında təqdim ediləcəyini bəyan edib. G20-nin iyul ayında olan toplantısında “böyük iyirmilik” ölkələri FATF-a 2018-ci il oktyabr ayında çirkli pulların yuyulması üzrə mövcud standartların (AML) kriptovalyuta sektoruna tətbiqinin hansı formada istifadə etməyin mümkün olması barədə tapşırıq vermişdi.
FATF hesab edir ki, dövlətlər kriptovalyuta birjaların lisenziyalaşmasını tətbiq etməli, elektron cüzdanlar təklif edən və İCO üzrə xidmətlər həyata keçirən şirkətlərin fəaliyyətini tənzimləməlidir. Bu tənzimləmələr isə beynəlxalq hüquq normalı çərçivəsində yekdilliklə qəbul edilməlidir. FATF 2015-ci ildə kripto sektoru izləyir və bütün riskləri etapla araşdırıdıqdan sonra yeni tənzimləmə standartları təqdim edəcək. Təşkilat birmənalı olaraq rqəmsal aktivləri fiat pullardan ayırmağın tərəfdarıdır lakin yeni tənzimlənmə standartları hazırlayarkən fiat pullar üçün mövcud olan çirkli pulların yuyulması ilə mübarizə qaydalarına (AML) əsaslanacaq. Həmçinin hüquq-mühafizə orqanları üçün qeyri-qanuni fəaliyyətlərdə rəqəmsal aktivlərin istifadəsinin müəyyən edilməsi haqqında metodik prinsiplər təqdim ediləcək.
Müəllif: Elnur Quliyev