Twitter oktyabrın 22-si SpaceX və Teslanın təsisçisi olan Elon Musk-ın hesabını blok etdi. Buna səbəb isə onun hesabında “Bitcoin almaq istəyirsiniz?” yazısının olması oldu. Məlumdur ki, Twitter-də kriptovalyuta ilə bağlı hər hansı reklam qadağandır. Sayt administrasiyası şübhələnib ki, Elon Musk-ın hesabı xakerlər tərəfindən sıdırılıb və buna görə də hesabı bloklayıb. Şübhəyə səbəb Musk-ın hesabında bitcoin mövzulu geyimdə olan qızın animasiya şəkilinin olması oldu. Bu şəkil Cryptocurrency Girls saytı tərəfindən hazırlanmışdı hansı ki, bir çox animasiya qəhrəmanlarının kripto-versiyasını hazırlayır. Bir müddət öncə Musk yapon art-incəsənət üslubuna marağının olduğunu və “Your Name”, “Princess Mononoke” animasiya filmlərini bəyəndiyini yazmışdı.
Bir neçə saatdan sonra Elon Musk hesabına girməyi bacarıb və “Twitter mənim hesabımın sındırıldığını düşünüb, ona görə də blok etmişdi” yazıb.
Binance birjasının CEO-su Zhao Changpeng bu məsələ ilə bağlı öz twitter hesabında “Əgər siz kripto qəbul etsəniz mən Teslanı alaram” yazıb.
Baxmayaraq ki, Facebook və Google kriptovlayuta reklamları ilə bağlı qadağa siyasətində yumuşaltma aparıb, Twitter hazırda yeganə iri resurdur ki, sərt qadağa siyasətini davam etdirir. Maraqlı fakt odur ki, Twitter-in təsisçisi və icraçı direktoru Jack Dorsey mart ayında The Times of London nəşrinə verdiyi müsahibədə qeyd etmişdi ki, bitcoin yaxın 10 ildə vahid valyuta olma ehtimalı var. Jack Dorsey: “Dünyanın son nəticədə vahid bir valyutaya ehtiyacı olacaq, internetdə də vahid valyuta fəaliyyət göstərəcək. Şəxsən, mən hesab edirəm ki, bu bitcoin olacaq”.
Elnur Quliyev