Oktyabrın 26-sı Nyu Yorkda blockchain texnologiyasına həsr edilmiş “Trust Machine: The Story of Blockchain” adlı sənədli filmin təqdimatı keçirilib. Əsas süjet xətti hazırda dünyada de-mərkəzləşdirmə hərəkatının qlobal böyüməsi ilə bağlı olan sənədli filmdir. Futurism Studios və SingularDTV dəstəyi ilə çəkilən filmin rejisoru Alex Winter, filmi səsləndirən isə Rosario Dawson olub. Filmdə blockchain texnologiyası və kriptovalyuta sənayesi üzrə müxtəlif ekspertlərin müsahibələri yer alıb. Müsahibə verənlər arasında məşhur ekspert Lauri Love, Ethereum-un həmtəsisçisi Joe Lubin, investor-milyarder Tim Draper, jurnalist Laura Shin, musiqiçi Imogen Heap və başqaları var.
Filmin rejisoru Alex Winter Breaker jurnalına verdiyi müsahibədə qeyd edib ki: “Mən sənədli filmlərdə bir formuldan istifadə edirəm – şəxsiyyətlər! Mənə maraqli deyil filmdə blockchain texnologiyasının necə işlədiyini göstərim. Bunun üçün Google var. Əgər siz maraqlı hekayəni maraqlı insanlarla birlikdə danışsanız, bax bu maraqlı olacaq”.