Kanada Mərkəzi Bankı və Ontario Qiymətli Kağızlar Komissiyasının (OSC) məlumatları göstərir ki, ölkədə kriptovalyuta getdikcə populyarlaşır: bitcoin sahiblərinin sayı 2016-cı ildəki 2.9%-dən 2017-ci ildə 5%-ə yüksəlib.
Kanada Bankının “Bitcoin: Kanada məlumatlandırma və istifadə” adlı hesabatında bitkoindən istifadədə ən böyük maraq artımı 45-54 yaş arasında əhalidə müşahidə olunub. Bu göstərici 0.9%-dən 3.5%- qədər artıb. Sorğuya əsasən məlum olub ki, kriptovalyutaların populyarlığı nəinki iri şəhərlərdə hətta əyalətlərdə də artıb. Misal üçün, Kanada əhlisinin 40%-dən çoxunun yaşadığı Ontaioda kriptovalyuta ilə əlaqəli 500.000 çox insan olduğu müəyənləşib. Əyalətdə seçim üzrə aparılan sorğuda iştirak edənlərin 63%-i kriptovalyuta aldıqlarını etiraf ediblər. Onların böyük əksəriyyəti rəqəmsal aktivləri 2017-2018 illərdə əldə ediblər.
Xatırladım ki, Global Blockchain Business Council və Survey Monkey Amerikada apardıqları sorğunun nəticəsində məlum olub ki, sorğuda iştirak edən amerikalıların 60%-i bitcoin barədə məlumatlıdırlar, 5%-i isə alrtıq alıb.