Venesuela höküməti rəsmi olaraq El Petro dövlət kriptovalyutasının satışını açıq elan etdi. Artıq El Petro-nu bitcoin və litecoin ilə www.petro.gob.ve saytından almaq mümkündür.
Venesuelada dövlət kriptovalyutasının buraxılması haqqında ilk xəbərlər hələ 2017-ci ilin oktyabr ayında verilmişdi. Prezident Nicolas Maduro bəyan etmişdi ki, dövlət kriptovalyutası neftlə təmin olunacaq və bunun üçün 5 milyard bareldən çox neft ayrılıb. Prezidentin açıqlamasına əsasən dövlət kriptovalyuası beynəlxalq ticarət üzrə hesablaşmada istifadə olunacaq. Ümumilikdə 100 milyon El Petro buraxılacaq. İlkin mərhələdə investorlar üçün 82.4 milyon token təqdim ediləcək. El Petro 1 barrel Venesuela neftinin qiymətinə bərabər tutulacaq və bununla da neftlə təmin olunan ilk dövlət kriptovalyutası olacaq.
Reuters agentliyinin məlumatına əsasən bir çox analitik və iqtisadçılar El Petro-nun iqtisadi potensialına şübhə ilə yanaşır və bu valyutaya beynəlxalq bazarda tələb olunacağına şübhə ilə yanaşırlar.