Fransada ilk dəfə bitcoin ilə təhsil haqqı

     Fransada maliyyə üzrə ali təhsil verən Financia Business School ilk dəfə olaraq təhsil haqqını bitcoin ilə ödəməyə imkan yaradıb. Tələbələrinin 25%-i xaricilərin təşkil etdiyi təhsil mərkəzində ödəniş vasitəsi kimi bitcoin qəbul etməsinin əsas səbəbi kimi xarici tələbələrin ödəniş üsulu ilə bağlı problemlərin aradan qaldırılmasına kömək etməkdir. Ali məktəb tələbələrdən bitcoin ilə ödənişləri qəbul etmək üçün Coin Capital ilə partnyorluq edir və artıq 5 tələbə təhsil haqqını BTC ilə ödəyib.

    2014-cü ildə yaradılan və maliyyə, biznes araşdırmaları üzrə fokuslanan Financia Business School hazırda kriptovalyuta və blockchain texnologiyası üzrə də kurslar təklif edir.

      Xatırladım ki, Coinbase birjası və Qriously texnologiya şirkətinin birgə apardıqları sorğunun nəticəsinə əsasən məlum olub ki, dünyanın 50 ən nüfuzlu universitetlərinin 42%-i öz tədris proqramlarına kriptovalyuta və blockchain texnologiyası haqqında təlimləri əlavə ediblər. Sorğu aparılan universitetlər içərisində təlim növlərinin sayına görə isə ilk yerdə Stanford Universiteti (10 təlim) tutub.

Print - copie

 

London İqtisadiyyat Məktəbində (LSE) kriptovalyuta kursları

 

Elnur Quliyev

Leave a Reply