Binance birjasından yeni xidmət

    Dövriyyəsinə görə hazırda ən böyük kriptovalyuta birjası olan Binance özünün Binance Research adlı tədqiqat bölməsinin yaradıldığını bəyan edib. Binance Research bazarın öyrənilməsi və kriptovalyuta sektoru üzrə korporativ analitik hesabatların hazırlanması ilə məşğul olacaq.

   Binance Research əsasən institusional səviyyədə tədqiqat hesabatları hazırlayacaq və bu hesabatlar kriptovalyuta sektoruna aid mövcud məlumatların şəffaflığı və keyfiyyətinin artırılmasına kömək edəcəkdir. Yeni bölmə üçün şirkət Binance Research adlı twitter hesabı da yaradıb. Bundan qabaq isə 2018-ci ilin fevral ayında kriptoaktivlər haqqında məlumatlar toplanan – Binance İnfo, təhsil platforması olan – Binance Academy yaradılmışdı.

       Xatırladım ki, kriptovalyuta birjalarının fəaliyyəti ilə bağlı Blockchain Transparency Institute (BTI) apardığı tədqiqata əsasən Binance birjası dövriyyəsinə və istifadəçi sayına görə digər birjaları qabaqlayıb. BTİ-nin hesabatında Binance birjasında sutkalıq dövriyyə 1 milyard dolları keçib və istifadəçi sayı isə 160.801 olub.

image (1)

Elnur Quliyev

Leave a Reply