Son vaxtlar avtomobillərin rəsmiləşdirilməsi ilə bağlı prosedurların mürəkkəbliyi və mövcud rəsmi rüsumlardan 2-3 dəfə artıq pul tələb edilməsi ilə bağlı şikayətlər artıb. Bu səbəbdən avomobillərin qeydiyyata alınması prosedurlarının ardıcıllığı və rəsmi rüsumların məbləği haqqında məlumatları təqdim edirik.
Prosedur – 1
Hazırda mövcud dəyişikliklərə uyğun olaraq avtomobilləri orta cərgədən deyil 1 və 3-cü cərgələrdən keçməyə məcbur edirlər. Əgər sizdə cari ilin texniki baxışı varsa bu cərgələrin hansısa birindən keçin. Burada sizin avtomobilin ban və mühərrik nömrələri (əgər varsa) tutuşdurulacaq. Həmçinin avtomobildə olan nasazlıqlar vərəqini sizə təqdim edəcəklər və texniki pasportun üzərini yazacaqlar. Nasazlıqlar vərəqini özünüzdə saxlayın və növbəti prosedura keçin.
Prosedur – 2
Üzəri yazılmış texniki pasport və etibarnamə ilə 3-cü otağa yaxınlaşırsız. Burada siz onlardan alqı-satqı müqaviləsi tələb edirsiz. Maşını özəlləsdirəcək şəxsin əlaqə nömrəsi və pasportunu təqdim edirsiz. Daha sonra sizi həmin otaqda sağ tərəfdə digər işci qəbul edəcək və maşının radar və cərimələrini yoxlayacaq. Daha sonra sizi 1-ci otağa yönləndirəcəklər, bu zaman isə maşnın hər hansı bir məhkəmə prosesində olub olmadığı yoxlanılacaq.
Prosedur – 3
Bu prosedurda siz rayonlar üzrə ayrılmış otaqlara yaxınlaşacaqsız. Avtomobilinizin istehsal ili və mühərrik həcminə görə rüsüm hesablanacaq və siz təkrarən bu rüsumu ödəmək üçün orda yerləşən banka yaxınlaşacaqsız. Rüsum ödənildikdən sonra siz və maşın sahibi sənədlərə qol çəkməli olacaqsız.
Prosedur – 4
3-cü proseduru keçəndən sonra sizdən xahiş olunacaq ki, gözləmə zalında gözləyəsiniz. 30-40 dəqiqə ərzində sizin adınız çəkiləcək və siz yeni Texniki Pasportu alacaqsınız.
Avtomobilin texniki baxış qaydaları
Qeydlər
- Əgər sizin avtomobildə hər hansı ödənilməmiş cərimə varsa mütləq ödəyin və ya orda sizin 403-cü otağa yaxınlaşmanız tələb olunacaq. Cərimələr qərarsız olsa belə ödəniş tələb olunacaq. Qanunda olan bəz dəyişikliklərə uyğun olaraq əgər siz maşınını özəlləşdirəcəyiniz şəxs bu cərimələri ödəməkdən imtina etmirsə özəlləşmə əməliyyatı davam edə bilər.
- Əgər sizin maşın bankda olub və bankın borcu ödənilibsə, bu zaman siz əlavə olaraq 5-ci otağa yaxınlaşmalısınız. Bankın təmizlik haqqında kağızı mütləq olmalıdır. Həmçinin, bank bu kağızın nüsxəsini DYP-yə göndərməlidir.
- Maşında tibb çantasının, qəza nişanının və yanğın söndürənin olması vacibdir.
- Əgər maşında hər hansi məhdudiyyət varsa 301-ci otağa yaxinlaşmalısız.
- Əgər baş (generalni) etibarnamə öz adınızdadırsa və siz maşını özəlləşdirmək istəyirsizsə bu zaman özünüzdən əlavə 2 nəfərə etibarnamə verməlisiz. Belə ki, sizin adınız etibarnamədə qala bilməz.
- Mühərrikin hər kub sm-ə görə:
0-2000 kub – 0.05 man
0-3000 kub – 100 man +(2001-3000 kub hər kub sm- 0.1man (əmsal))
0-4000 kub – 200 man + (3001-4000 kub hər kub sm 0.2man (əmsal))
0-5000 kub – 400 man + (4001-5000 kub hər kub sm 0.3man (əmsal))
5000 kub dan yuxarı – 1500 man
Bunlardan əlavə olaraq buraxılış illərinə görə də əmsallar yuxarıdakı hesabatdan alınan nəticəyə vurulur:
0-4 ilə qədər əmsal – 1
4-10 ilə qədər əmsal – 0.8
10 ildən çox əmsal – 0.3
Məsələn: 2400 kub sm mühərrikli 2007 buraxılış “Hyundai Sonata” üçün 41,97 manat təşkil edəcək. ((100+ (2001 2400) x 0.1)) x 0.3 = ((100+(399×0.1)) × 0.3=(100+39.9) × 0.3=139.9 × 0.3 = 41.97 man
Bundan əlavə, siz 25 manat texniki pasport-a görə rüsüm ödəyirsiz. Yəni, 41.97+25=66.97 manat.
Qeyd: Əgər nömrəni də dəyişsəniz əlavə olaraq 35 manat da ödəməlisiz. Yəni, 66.97+35= 101.97 manat.
Xüsusi cədvəl ilə daha aydın tanış ola bilərsiz:
- Əgər sizdən hər hansı otaqda texniki baxışda çıxmış nasazlığa görə qeydiyyatı dayandırmağı tələb etsələr yerindəcə 102-yə şikayət edin, daha sonra həmin binada 3-cü mərtəbədə dəftərxanaya yazılı şikayət edin. Hazırki qanunlarımıza görə texniki baxışda yaranmış problemə görə nəinki qeydiyyatı, heç texniki baxışın özünü də dayandıra bilməzlər.
Mənbə: dyp.gov.az, mia.gov.az, fed.az