III Beynəlxalq Bankçılıq Formu

      Noyabrın 15-16-da Bakıda Azərbaycan Mərkəzi Bankın, Maliyyə Bazarlarına Nəzarət Palatası, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Nağdsız iqtisadiyyat: ənənəvi bankçılıqdan rəqəmsal bankçılığa keçid” adlı III Beynəlxalq Bankçılıq Forumu keçiriləcək.

    III Beynəlxalq Bankçılıq Forumunun məqsədi iqtisadiyyatın nağdsızlaşdırılması ilə bağlı təşəbbüslərin və qarşıdakı çağırışların, rəqəmsallaşma, maliyyə texnologiyalarına dair mövcud vəziyyət, yeni və gələcək trendlərin, müasir bank məhsullarının, komplayens sahəsindəki yeniliklər və risklərin, həmçinin qeyd olunanların mövcud hüquqi çərçivəyə uyğunluğu və adaptasiyası imkanlarının, bu proseslərin bankların maliyyə dayanıqlığının daha da gücləndirilməsinə təsiri məsələlərinin, eləcə də digər əlaqədar mövzuların müzakirə edildiyi platforma olmaqdır.

SMM-AZ-430x430   Forumda ABŞ, Yaponiya, Çin, Avropa və MDB ölkələrindən 100-ə yaxın beynəlxalq təşkilatın və nüfuzlu şirkətlərin nümayəndələri iştirak edəcək. İştirakçılar və spikerlər arasında “Citibank”, “Commerzbank AG”, Raiffeisen Bank International AG, “Standard Chartered Bank” kimi nəhəng banklar, həmçinin “Mastercard”, “Discover Financial Services”, “DinersClub”, “American Express”, “Samsung Pay”, “UnionPay”, “Ernst & Young”, “Deloitte”, “Moody’s Investors Service”, “PricewaterhouseCoopers LLP”, “Yandex.Money”, “SWIFT”, Türkiyənin “Banklararası Kart Mərkəzi”, “BPC Banking Technologies”, “KOBIL Systems” və sair kimi nüfuzlu maliyyə-texnologiya şirkətlərinin, xarici mərkəzi bankarın nümayəndələri də var.

    Boulverd Hotel-də keçiriləcək və iki gün davam edəcək müzakirələrdə 30-a yaxın mövzu ətrafında xarici və yerli spikerlər tərəfindən rəqəmsal bankçılığa və nağdsız iqtisadiyyata transformasiya məsələləri ilə bağlı təqdimatlar ediləcək, həmçinin geniş fikir və təcrübə mübadiləsi aparılacaq. Formla bağlı ətraflı məlumatı aşağıdakı linkdə tanış olmaq olar: https://gbmevents.az/III-banking-forum/ .

 

Mənbə: aba.az

 

 

Leave a Reply