Lissabonda keçirilən Web Summit konfransında məşhur biznesmen və investor Tim Draper bir daha bəyan edib ki, 2022-ci ildə bitcoin 250.000 dollar olacaq. O, bu bəyanatı ilk dəfə aprel ayında “BlockChain Party 2018” tədbirində vermişdi.
Tim Draper: “Bitkoinin 250.000$ qiymətə çatması üçün sadəcə ümumi bazarın 5 faizlik payına malik olmaq kifayətdir. Bəzən bu fantastik görsənir lakin gündəlik ödəmələrdə bitkoinlə istifadə etdikcə bu mümkün olacaq. Məsələn, Starbucks-a gələrək qəhvə alırsan və bundan sonra bütün dünya ayılaraq anlayır ki, onun başqa seçimi də var”.