Dünyanının ən populyar işəgötürmə saytlarından biri olan Indeed.com tərəfindən açıqlanan məlumatlara əsasən kriptovalyuta bazarının kapitalizasiyasının azalması bu sahədə təklif olunan iş imkanlarının sayına da təsir göstərib. Buna baxmayaraq bitcoin, blockchain və kriptovalyuta sektoru ilə əlaqəli vakansiyalar üzrə axtarış müraciətləri 2018-ci ilin oktyabrında keçən ilin oktyabr ayına nisbətən 3% azalıb.
Saytda verilən cədvəlin göstəricilərinə əsasən 2016-cı il oktyabr ayından 2017-ci ilin oktyabr ayına qədər kriptovalyuta sektoru üzrə vakansiya axtarış sorğuları 481%, bu sahədə işəgötürənlərin təklifləri isə 325% artmışdır. Indeed.com-un rəhbəri Raj Mukherjee: “Bizim məlumatlarımıza əsasən kriptovalyuta sektoru üzrə vakansiyalar üçün axtarış tələblərinin indeksləri bitkoinin qiymətinin maksimum səviyyəsində olduğu müddətdə yüksəlib. Qiymətlərin enməsindən sonra bu sektor üzrə iş axtaranların marağında azalma hiss olunur lakin əvvəlki kimi güclüdür”.