Ripple-nin icraçı direktoru Brad Garlinghouse bəyan edib ki, Ripple ödənişlərin emalı bazarında SWIFT-ə keçməyi planlaşdırır. Onun sözlərinə görə yaxin gələcəkdə daha çox maliyyə təşkilatları Ripple-nin texnologiyası və sürətindəki üstünlüyə görə SWIFT-ə deyil Ripple-ə müraciət edəcək.
Brad Garlinghouse: “Bankların bu gün istifadə etdiyi və SWIFT-in 20 il bundan əvvəl hazırladığı texnologiya demək olar ki, köhnəlib və hazırda sürətlə inkişaf edən maliyyə bazarındakı dəyişikliklərə adaptasiya oluna bilmir. Hələ bu yaxınıarda SWIFT bəyan edirdi ki, blockchain texnologiyası bank xidmətləri üçün effektiv deyil. Bizimlə işləyən və SWIFT-in müştərisi olan 100-dən çox şirkət SWIFT-in fikirləri ilə razı deyil”.
Bu yaxınıarda RippleNet ilə SWIFT-in inteqrasiyası ilə bağlı yayılan xəbərləri şərh edərkən Ripple CEO-su əlavə edib ki, Ripple özünü SWIFT ilə potensial partnyor kimi deyil rəqib kimi görür.
Xatırladım ki, noyabrın 15-i Malaziyanın 5-ci ən böyük bankı olan CIMB Group Ripple ilə əməkdaşlıq müqaviləsi imzalayaraq RippleNet ödəniş sisteminə qoşulub. Əməkdaşlığın əsas məqsədi Cənub-Şərqi Asiya Assosiasiyasının üzvü olan ölkələr arasında əməliyyatlar üzrə sürətin artırılması və beynəlxalq ödənişlərdə komissiya haqlarının azaldılmasıdır.