Polşa kriptovalyuta əməliyyatlarına 19% vergi tətbiq etdi

     Polşa prezidenti Andrzej Duda kriptovalyuta əməliyyatlardan əldə edilən gəlirlərin 19% vergiyə cəlb olunması barədə qanun layihəsini təsdiqləyib. 2019-cu il 1 yanvar tarixindən etibarən bütün kriptovalyuta istifadəçiləri rəqəmsal valyutalarla əməliyyatlar üzrə məlumatları illik vergi bəyannaməsinə daxil etməli, həmçinin kriptovalyutalardan ödəniş vasitəsi kimi əmtəə, xidmət və ya mülkiyyət hüququ alarkən 19% vergi ödəməlidirlər. Bu şərtlər həm hüquqi həm də fiziki şəxslərə aiddir.

      Bir kriptovalyutanın digər kriptovalyutaya mübadiləsi vergiyə cəlb edilməyəcək. Əgər kriptovalyuta satışından olan gəlir fiat pulda əldə ediləcəksə o zaman kapital artımından gələn gəlir kimi vergiyə cəlb edilməlidir. Gəlir 1 milyon zlotdan çox olarsa bu zaman əlavə olaraq 4%-lik “həmrəylik vergisi“-nə cəlb ediləcək.

poland.jpg

 

Leave a Reply