Avropanın dördüncü ən böyük və İsveçrənin aparıcı fond birjası olan SİX Swiss Exchange Amun Crypto ETP məhsulunun birjada ticarətinə razılıq verib. Amun Crypto ETP SİX birjasında Hdol5 tikeri adı altında ticarət olunacaq və qiyməti onun indeksinə uyğun formalaşacaq. ETP (Exchange Traded Product) üzrə aktivlər aşağıdakı kriptovalyutalardan ibarət olacaq: 48,13% – Bitcoin; 29% – XRP; 16,39% – Ethereum; 3,74% – Bitcoin Cash ABC; 2,74% – Litecoin.
Amun Technologies şirkətinin həmtəsisçisi və rəhbəri Hany Rashwan-nın sözlərinə əsasən ETP investorlar arasında məşhur olan mübadilə məhsullarına tətbiq olunan standartlara uyğun olaraq yaradılıb. Amun Crypto ETP-in köməyi ilə qiymətli kağızlarla işləməyi bacarmayan və ya rəqəmsal aktivlərin saxlanılması üçün ayrı elektron cüzdanlar yaratmaq üçün vaxt sərf etmək istəməyən investorlar kriptovalyutalara investisiya etmək imkanı əldə edəcəklər. Həmçinin öz ölkələrində tənzimləyici orqanların qoyduğu məhdudiyyətlər səbəbindən rəqəmsal aktivlərlə işləyə bilməyən investorlar ETP ilə kriptovalyuta bazara daxil ola biləcəklər.
Elnur Quliyev