MasterCard yoxsa Bitcoin?

     Morgan Creek Digital Assets-in təsisçisi Anthony Pompliano CNN telekanalına verdiyi müsahibədə kriptovalyuta bazarında qiymətlərin enməsinə baxmayaraq özü və onun kimi yeni texnologiyalara inanan sahibkarların niyə bitkoini müdafiə etdiklərinin səbəbini açıqlayıb.

b7862619cb368cbaf29fe5f556a4d8a6 Anthony Pompliano: “Biz əminik ki, uzunmüddətli mövqedə bitkoinin qiyməti artacaq. Əgər siz sadəcə olaraq gündəlik dövriyyə və bazar kapitalizasiyasi kimi faktorlara diqqət yetirin. Bitkoinin sutkaliq dövriyyəsi 4.6, bazar kapitalizasiyası isə 74 milyard dollardır. Kapitalizasiya dövriyyədən 16 dəfə çoxdur və bu MasterCard-in göstəricilərinə yaxındır, hansı ki, sutkalıq dövriyyəsi 11, bazar kapitalizasiyası 180 milyard dollardır. Bu baxımdan bitcoin mastercard-a oxşayır”.

   A.Pompliano həmçinin qeyd edib ki, bitkoinin cəmi 10 yaşı olmasına baxmayaraq Mastercard 1966-cı ildə yaradılıb. Bitcoin səhmlər, istiqraz və əmtəə fyuçerslərindən daha yaxşı performans sərgiləyir. On ildən sonra bütün ənənəvi aktivlər kriptovalyutalar ilə müqaisədə “solğun” görsənəcək.

Leave a Reply