Səudiyyə Ərəbistanı öz rəqəmsal valyutasını buraxacaq

   Səudiyyə Ərəbistanı 2019-cu ildə öz rəqəmsal valyutasını buraxacaq. Bunu ölkənin maliyyə tənzimləyicisi olan Səudiyyə Ərəbistanı Valyuta İdarəçiliyinin (SAMA) innovasiya şöbəsinin rəhbəri Mohsen Al Zahrani deyib. Bu məlumatı mətbuatda ilk dəfə Saudi Press Agency yayıb və qeyd edib ki, milli kriptovalyuta fiziki şəxslər üçün deyil, yalnız banklararası ödəniş və tranzaksiyaların həyata keçirilməsi üçün bir mexanizm kimi istifadə ediləcək.

   Rəqəmsal valyutanın buraxılmasında Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) də yaxından iştirak edir. BƏƏ-nin Mərkəzi Bankının rəhbəri Mubarak Al-Mansouri:”Rəqəmsal valyuta nağd pulları əvəz etməyəcək, bu valyuta yalnız banklar üçün yeni ödəniş forması olacaq. Kriptovalyutanın buraxılması müvafiq tədqiqatların bitməsindən sonra baş tutacaq ki, bu proses isə çox güman ki, 2019-cu ilin  ortalarına təsadüf edəcək.

 

 

Elnur Quliyev

Leave a Reply