ABŞ-ın Oqayo (Ohio) ştatında fəaliyyət göstərən şirkətlər 26 noyabrdan başlayaraq vergiləri bitcoin ilə ödəyə biləcək. Bu məlumatı bugün The Wall Street Journal yayıb. Oqayo Amerikada vergiləri kriptovalyuta ilə qəbul edən ilk ştat olacaq.
Vergiləri bitcoin ilə ödəmək istəyən şirkətlər OhioCrypto.com saytında qeydiyyatdan keçərək burada bitkoinlə ödənilə biləcək vergi növlərini seçə bilərlər. Kriptovalyuta ilə əməliyyatları həyata keçirmək üçün Oqayo höküməti BitPay ödəniş servisi ilə partnyorluq müqaviləsi bağlayıb. Ştatın xəzinədarlığı texniki olaraq kriptovalyuta qəbul etmir sadəcə olaraq bitcoin dollara konvertasiya olunaraq xəzinadarlığın hesabına mədaxil olunacaq. Ştatın hazırkı dövlət xəzinadarı Josh Mandel qeyd edib ki, bu proqramın məqsədi innovasiyaları tətbiq etmək üçün daha geniş hökumət təşəbbüsləri üçün bir siqnal olmaqdır. Oqayo höküməti ştatı blockchain və kriptovalyuta üzrə milli lider etmək niyyətindədir.
ABŞ ştatı kriptovalyutaları leqallaşdırdı