Fransanın tütün mağazaları şəbəkəsi bitcoin satacaq

     Fransanın tütün məhsulları satıcıları konfederasiyası Confédération des Buralistes 1 yanvar 2019 tarixindən etibarən tütün mağazalarında bitcoin satmağı planlaşdırır. Europe 1 radiostansiyasının verdiyi məlumata əsasən bunun üçün artıq müvafiq icazə alınıb. Tütün məhsulları və lotoreya biletləri satan mağazalar şəbəkəsi kriptovalyuta şirkəti olan Keplerk ilə müqavilə bağlayaraq öz müştərilərinə bitcoin satmaq imkanı əldə edəcəklər. Mağazalar 50, 100 və 250 avro dəyərində bitcoin vauçerlər təqdim edəcək və bunun üçün Bimedia ödəniş terminalları quraşdırılacaq. Müştərilər vauçerləri Keplerk şirkətinə məxsus rəqəmsal cüzdan vasitəsilə BTC-yə konvertasiya edə biləcək. Bu real ticarət məntəqələrində kriptovalyuta satışı üzrə dünyada bir ilk olacaq. Keplerk hər bir satış əməliyyat üçün 7% komissya tutacaq.

Keplerk şirkətinin inkişaf üzrə direktoru Adil Zakhar: “Tütün dükanı sahibləri müştərilərin güvəndikləri ən yaxşı satış kanalıdır. Bu mağazalar artıq vauçer satışına vərdiş ediblər”.

tabac-1000x500

    Fransa tütün mağazaları federasiyasının sədri Phillipe Coy Reuters agentliyinə verdiyi müsahibəsində qeyd edib ki, bu qərar tütün satıcılarına öz iş yerlərini saxlamaqla bərabər zamanla ayaqlaşmaq üçün imkan yaradacaq. Phillipe Coy: “Gələn ildən istənilən vətəndaş heç bir maneə olmadan, adi bir tütün kioskundan bitcoin ala biləcək”.

004922

    Xatırladım ki, Fransa Mərkəzi Bankı 21 noyabrda kriptovalyuta investisyaları ilə əlaqədar mümükün risklər barədə bəyanat yaymışdı. Bəyanatda deyilir ki, bitcoin və digər kriptovalyutalara investisiyalar risklidir və bunu edənlər öz risklərini nəzərə almalıdırlar.

 

Elnur Quliyev

 

 

 

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma