Finney – blockchain bazalı yeni smartfon

       Isveçrənin elektornika istehsalçısı olan SIRIN Labs blockchain bazasında işləyən yeni Finney adlı smartfon buraxıb. Smartfon hibrid edilmiş Android və SIRIN əməliyyat sistemində işləyir. Finney-də əsas funksiya olaraq “soyuq” kriptovalyuta cüzdan və şifrəli kommunikasiya kanalları quraşdırılıb. Dəyəri 1000 dollar olan smartfona rəqəmsal aktivlərin konvertasiyası üçün Token Conversion Service (TCS) yerləşdirilib. Şirkətdən verlən məlumata əsasən TCS xidməti ilə smartfon istifadəçisi artıq öz tokenlərini kənar birjalarda konvertasiya etməyinə ehtiyac qalmayacaq.

78c71835faaf3a3404a6fbc99897cdbc__1440x     Smarfon bütün növ kriptovalyutaları dəstəkləyəcək və öz istifadəçilərinə kriptovalyuta ilə satış imkanı yaradan saytlarda (məs: Overstock.com, Expedia) fiat pulları rahat konvertasiya etməklə alış-veriş etməyə imkan verəcək. Həmçinin Finney smartfonu kriptovalyutalarla bağlı mobil əməliyyatları fiziki identifikator vasitsilə emal edə biləcək. Yəni hər dəfə çətin yadda qalan şifrəli parolları yazmaq əvəzinə istifadəçi barmaq izi ilə öz şəxsiyyəti təsdiq edərək əməliyyatın icrasıni təmin edə biləcək. Smarfonun istehsalçısı isə Apple, Google, Cisco, Huawei və PlayStation üçün müxtəlif qurğular hazırlayan tayvanın Foxconn Technology Group olacaq. Şirkət artıq 25.000 smartfon üçün qabacadan sifariş alıb. Sirin Labs Finney smartfonlarının satışı ilə bağlı online-mağaza Amazon ilə razılığa gəlib və ilk satışların dekabrın 15-də başlanması planlaşdırılır.

   SIRIN Labs-ın icraçı direktoru Moshe Hogeg: “Hazırda mövcud olan istifadəçilərin təcrübəsi ilə geniş gütlə bazarı yaxın gələcəkdə kriptovalyutaya sahib ola bilməyəcək. Cəmiyyət ilk öncə kriptovalyutaları istifadə etməyi öyrənməlidir. Hətta baxmayaraq ki, mənim anam ağıllıdır lakin o bitkoindən necə istifadə etməyi bacarmir. Mən istəyirəm ki, cari kriptovalyuta istifadəçilərinin təcrübəsi daha da yaxşılaşsın. Baxın, Böyük Cin Səddi – ondan başlandı ki, bir oğlan kiçik kərpici götürüb qoydu. Sonra yenə qoydu, daha yenə. Bizdə bunu addım-addım edə bilərik”.

sharing

     Statistikaya əsasən kriptovalyutalara investisiya edənlərin sayının getdikcə artmasına baxmayaraq gündəlik ödənişlərdə onları istifadə edənlərin sayı olduqca azdır. Vəsaitlərinin oğurlanmasının qarşısını almaq üçün kriptovalyuta sahibləri onları etibarlı cüzdanlarda saxlamalı, üstəlik müxtəlif simvollardan ibarət olan login və parolları unutmamalıdırlar.

 

Elnur Quliyev

Leave a Reply