Çin kriptovalyuta reytinqi: Noyabr 2018

    Çinin İnformasiya Texnologiyaları sənayesinin inkişafı Mərkəzi (CCID) kriptovalyuta üzrə noyabr ayı üçün tərtib etdiyi rəsmi reytinqini açıqladı. May ayından etibarən tərtib edilən sayca 7-ci reytinqdə 33 kriptovalyutanın 3 əsas kateqoriya – baza texnologiyası, tətbiqi və innovasiya üzrə göstəriciləri nəzərə alınır. İlk beşlikdə yer alan kriptovalyutalar: Eos, Ethereum, Bitshares, Steem, Nebulas.

    Noyabr üzrə reytinqdə Bitcoin 19-cu yerdən 13-cı yerə, Ripple 15-dən 10-a qalxıb,  Neo isə 4-dən yerdən 7-ci yerə düşüb.

004972

Xatırladım ki, Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi kriptovalyutalar üzrə reytinqi 2018-ci ilin may ayından etibarən dərc etməyə başlayıb. Bununla da Çin, kriptovalyutaların rəsmi hökumət reytinqini dərc edən ilk ölkə oldu.

 

Elnur Quliyev

Leave a Reply