CryptoOracle şirkətinin partnyoru Lou Kerner CNBC kanalının «Worldwide Exchange» verlişində rəqəmsal valyuta bazarındakı qiymətlərin enişini 2000-ci illərin əvvəlində internet şirkətlərin partlayan köpüyü ilə müqaisə edib.
Lou Kerner: “Əgər 2000-ci illərin əvvəlində internet-köpüklərə diqqət yetirsək hazırki kriptovalyuta bazarındakı vəziyyətlə oxşarlığı görmək mümkündür. Misal üçün, Amazon kimi şirkət iki il ərzində 95% dəyər itirmişdi lakin sonradan bazar kapitalizasiyasına görə dünyanın 3 böyük şirkətindən birinə çevrilib. Odur ki, hazırda bitkoinin qiymətindəki volatillik, investorların 2013-cü ildə qarşılaşdığı bitkoin-bazarının 70% enməsi hadisəsi ilə müqaisədə heçnədir”.
Xatırladım ki, Amazon 1997-ci ilin may ayında fond birjasına çixanda şirkətin səhm qiyməti 18 dollar idi. 1998-ci ilin dekabr ayında isə 300 dollara qədər qalxmasına baxmayaraq 2000-ci ilin mart ayında 6 dollara qədər endi. Lakin zaman keçdikcə Amazon dünya tarixində Apple-dən sonra bazar kapitalizasiyasına görə dəyəri 1 trilyon dolları keçən şirkətə çevrilməyi bacardı.
Lou Kerner həmçinin qeyd edib ki, bitcoin – dünya tarixində yaradılan ən yaxşı yığım vasitəsidir. Bu baxımdan zaman keçdikcə bitcoin hətta qızılı da keçəcəkdir.
Elnur Quliyev