Amerikanın kriptovalyuta birjası olan Coinbase bundan sonra istifadəçilərinə vəsaitlərini PayPal-a komissiya ödəmədən köçürə biləcəklərini bəyan etdi. Birjanın istifadəçiləri müvafiq identifikasiya prosedurunu keçdikdən sonra öz hesablarını PayPal-a bağlaya bilərlər. Birjadan komissiya ödəmədən məxaric etmək imkanı hələ ki, Amerika, Kanada, B.Britaniya və Avropa Birliyi ölkələrinin vətəndaşlarında olacaq. Məxaric imkanı yalnız dollar, avro və funt ilə mümkün olacaq və gündəlik limit 25.000 dollar təşkil edəcək.
Xatırladım ki, Coinbase Avropa bazarına çıxmaq üçün oktyabr ayında Düblin şəhərində yeni ofisini açıb.