Beynəlxalq elektron ödəniş sistemi olan Skrill 27 noyabrda öz platformasında Ripple-ni ticarət olunan kritovalyutalar siyahısına əlavə etdi. XRP Skrill-də ticarət olunan 5-ci kritpovalyuta oldu. Bundan qabaq BTC, BCH, ETH və LTC ilə mübadilə etmək olurdu. Skrill öz twitter hesabında bu məlumatı paylaşıb: “Biz çox şad olduq ki, siz artıq Skrill-də XRP-ni ala və ya sata bilərsiniz. Ripple haqqında bizdən soruşan hər kəsə təşəkkür edirik!”
Skrill-in icraçı direktoru Lorenzo Pellegrino: “Kriptovalyuta dünyası dinamik və cəlbedicidir və bizim rəqəmsal cüzdanımız bu mühitə tam uyğun gəlir. Əminəm ki, mövcud və gələcək müştərilərimiz Skrill-də kriptovalyutaların tez və asanlıqla mübadiləsi imkanından razı qalacaqlar. Biz anlayırıq ki, bir çox insan kriptovalyuta treydinqini öyrənmək istəyir amma bilmir ki, bunu necə və hardan başlasın. Bu səbəbdən biz rəqəmsal aktivlərin alış və satışını maksumum asanlaşdırmışıq.”