Nasdaq: 2019-da bitcoin fyuçersləri təqdim edəcək

   Dünyanın ikinci ən böyük fond birjası olan Nasdaq (National Association of Securities Dealers Automated Quotation) 2019-cu ilin birinci yarısında öz müştərilərinə bitcoin fyuçerslər təqdim edəcək. Bunu The Daily Express nəşrinə Nasdaq-ın KİV ilə əlaqələr üzrə vitse prezidenti Joseph Christinat təsdiqləyib. Onun sözlərinə əsasən müvafiq məhsul VanEck ilə birlikdə işlənib və hazırda CFTC-nin  (ABŞ əmtəə fyuçersləri ticarəti üzrə komissya) təsdiq olunması mərhələsindədir.

   Joseph Christinat: “2018-ci ildə bitcoin fyuçerslər üzrə hazırlıq proseslərinə kifayət qədər zaman, maliyyə və enerji sərf edilib. Hazırki kriptovalyuta bazarında qiymətlərin düşməsi bizim qərarımıza təsir etməyəcək. Biz nə olursa olsun bunu edəcəyik və bu bizim son qərarımızdır”.

nasdaq-will-offer-bitcoin-future-in-june-2018-wall-street-journal

Leave a Reply