HonTe Investments-in təsisçisi və riyaziyyat üzrə professor Alex Gurevich Yahoo! Finance dərc etdirdiyi məqaləsində qeyd edib ki, bitcoin zaman keçdikcə “rəqəmsal qızıl” statusuna daha da yaxınlaşır. Deutsche Bank, J.P. Morgan Chase kimi iri maliyyə təşkilatlarında rəhbər vəzifələrdə çalışmış Alex Gurevich əmindir ki, kriptovalyuta bazarında altkoinlərin qiymətlərinin qalxması və ya düşməsi bitkoinin əleyhinə deyil, əksinə xeyrinədir! Onun fikrincə zaman bitkoinin xeyrinə işləyir.
Alex Gurevich: “Zaman keçdikcə bitcoin rəqəmsal qızıl olacaq. Digər kriptovalyutalar isə “boş qalmış status” yerini tutacaqlar. Misal üçün, ethereum-un dəyəri blockchain texnologiyasına olan tələbatdan asılıdır, bitkoinin qiyməti isə onun yığım və likvidlik dəyəri ilə müəyyən edilir. Qiymətli metalların ticarətinin tarixi sxemini nəzərə alsaq 2015-ci ildə bitcoin almaq asan idi. Lakin indi qiymətin dəfələrlə artmasından sonra bu çətin bir ticarət dilemasıdır. Bitcoin “köpük” ola bilər və ya ola bilməz lakin xatırlamaq vacibdir ki, bitcion yarandığı tarixdən indiyə kimi qiymətində 5 dəfə kəskin enmə olub və yenidən özünə gələ bilib. Hər dəfə də qiymət stabilləşəndə bitcoin daha çox inam qazanır və rəqəmsal qızıl statusuna daha da yaxınlaşır.”
Elnur Quliyev