Facebookda “Watch Party” funksiyası

    Facebook şirkəti Watch Party funksiyasının hamı üçün aktiv edildiyini elan etdi. Bu funksiya vasitəsilə istifadəçilər sosial şəbəkə daxilində birlikdə videolar izləyə bilərlər. Bundan sonra istənilən istifadəçi istənilən digər istifadəçini dəvət edərək birgə filmə, klipə və ya hansısa digər növ videoya baxa biləcək.

image_62584869796410

    Bununla yanaşı sosial şəbəkə daxilində birlikdə video izləmə mühitinin yaradılması üçün isə həmin izləmələr zamanı çat bölməsi fəaliyyət göstərəcək. Həmin çatda istifadəçilər öz fikirlərini və təəssüratlarını bölüşə biləcəklər. Bunun üçün sadəcə olaraq lazımi videonu seçərək istənilən istifadəçini birgə izləməyə dəvət etmək laızmdır. Bütün olanları isə həmin birgə izləməni təşkil etmiş istifadəçi idarə edəcək. Həmçinin istifadəçi öncədən izlənəcək videonu müəyyən vaxta planlaşdıra da biləcək. Beləliklə birgə video izlənməyə dəvət olunacaq istifadəçilər bu barədə bildiriş əldə edəcəklər. Qeyd etmək lazımdır ki, bu ilin əvvəlində Watch Party funksiyası bir sıra qruplar, xəbər nəşriyyatları, idman səhifələri və rəqəmsal əyləncə sahəsindəki təmsilçilər arasında test olunurdu. Aparılmış testlər onu göstərdi ki, bu cür videolar 8 dəfə daha çox şərh sayı yığır. Bundan əlavə olaraq bu, yeni izləyicilərin cəlb olunması üçün yaxşı üsuldur.

 

Mənbə: technote.az

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma