Google-yə məxsus olan Waymo şirkəti dünyanın ilk kommersiya məqsədli Waymo One pilotsuz taksi servisini istifadəyə verir. Waymo 2017-ci ilin aprel ayından öz pilotsuz avotmobillərini könüllü sərnişinlər arasında test edirdi. Həmin test səyahətlərində insanlar pulsuz şəkildə taksi servisindən istifadə edir və bu xidmətin daha da təkmilləşdirilməsi üçün şirkətə öz tövsiyyələrini verirdilər. Hazırda isə həmin sərnişinlər şirkətin pilotsuz taksilərini ödənişli şəkildə sifariş edə bilərlər. Bu servisi hələ ki, çox az sayda insanlar üçün istifadəyə verilib.
Hazırda şirkətin Chrysler Pacifica markalı pilotsuz taksiləri ABŞ-ın Arizona ştatının paytaxtı Feniks şəhərində və onun ətraf ərazilərində fəaliyyət göstərirlər. Taksilərin tamamilə avtomatlaşdırılmış sistemə sahib olmalarına baxmayaraq ilkin mərhələdə avtomobillərin ön oturacağında hər ehtimala qarşı real sürücü oturur. Həmin sürücü ekstremal vəziyytdə idarəetməni öz üzərinə götürə bilər. Bununla yanaşı ştatın hakimiyyəti yaxın zamanda taksilərə sürücüsüz fəaliyyət göstərməyə icazə verməyi planlaşdırır.
Mənbə: technote.az