Avstraliyada kriptovalyuta girovu ilə kredit

   Avstraliya kredit lisenziyası (ACL) əsasında fəaliyyət göstərən və Melbrun şəhərində yerləşən Helio şirkəti kriptovalyuta təminatı müqabilində kreditlər təklif etməyə başlayıb. Artıq avstraliyalı kriptovalyuta sahibləri öz rəqəmsal aktivlərini girov qoyaraq kredit əldə etmək imkanları var.

australian-company-issues-loans-backed-by-cryptocurrencies_3   Helio hazırda 4 əsas kriptovalyutanı – BTC, ETH, LTC, XRP dəstəkləyir və girovun dəyərinə uyğun olaraq 48 aya qədər 17%-dən 24%-ə qədər kredit təklif edir. Müştərilərin 30, 40 və 50 faizli girov əmsalı (LTV) müqabilində kredit seçmək imkanları olacaq. Misal üçün, 30 faizli LTV ilə 10.000 avstraliya dolları kredit götürmək üçün borcalan 7.19 BTC girov qoymalıdır. Bu zaman kredit faizi 17%, aylıq ödəniş 350 avstraliya dolları (250$) olacaq. Şirkətin saytında müxtəlif kredit konfiqurasiyalarını hesablamaq üçün xüsusi kalkulyator var.

     Helio-nun təsisçisi John O’Shea sözlərinə görə onun şirkəti Avstraliyada kriptovalyuta ilə təmin edilmiş kreditlər təklif edən ilk lisenziyalı təşkilatdır. Onun fikrincə ölkədə böyük rəqəmsal aktivlər bazarı mövcuddur və hesablamalara əsasən avstraliyalılar sutkada təxminən 2,8 milyon dollar məbləğində kriptovalyuta əməliyyatlarını həyata keçirir.

 

Elnur Quliyev

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google photo

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma