ABŞ Konqresinə kriptovalyutalar haqqında 2 qanun təqdim edilib

    ABŞ-ın Florida və Şimali Korolina ştatlarından olan konqresmenlər – demokrat Darren Soto və respublikaçı Ted Budd Konqresə kriptovalyutalar haqqında iki qanun: “Virtual valyuta sahiblərinin hüquqlarının müdafiəsi haqqında” və “Virtual valyuta bazarı və rəqabət tənzimləmələri haqqında” təqdim ediblər. Konqresmenlər hesab edirlər ki, bu qanunlar Amerikaya kriptoqrafik sənayenin lideri olmaq üçün imkan yaradacaq.

     İlk qanun layihəsi kriptovalyutaların məzənnələrinin manipulyasiyasını, investorlara təsirini və bu cür fəaliyyətlərin qarşısını almaq yollarını öyrənmək məqsədi daşıyır. İkinci qanun isə tənzimləyicilərə dünyada mövcud olan kriptovalyutaların tənzimlənməsi üzrə qaydalarının öyrənilməsini tələb edir və ABŞ-da rəqəmsal valyutaların qəbul edilməsinin sürətləndirilməsinə kömək üçün qanunvericilikdəki dəyişiklikləri təklif edir.

   Nəticə etibarı ilə Konqresə təklif edilən hər iki qanun CFTC (ABŞ əmtəə fyuçersləri ticarəti üzrə komissya) və digər maliyyə tənzimləyicilərini fiziki şəxslər və biznesin qorunması üçün kriptovalyutarın istifadəsini daha yaxşı tənzimləmək üçün bir hərəkət planı hazırlamağa çağırır.

v_ssha_predstavleny_zakonoproekty_o_predotvrashchenii_manipulirovaniya_tsenoy_kriptovalyuty

     Xatırladım ki, 2018-ci ilin sentyabr ayında Darren Soto, Ted Budd və 13 konqresmen SEC-in (ABŞ-ın Qiymətli Kağızlar və Birjaları üzrə Komissiyası) rəhbəri Jay Clayton-na məktubla müraciət edərək “hansı hallarda ilkin token təklifinin (İCO) qiymətli kağızların satışı kimi baxıla bilər” izah etməsini və ya SEC-in bu istiqamətdə mövqeyini açıqlmasını istəmişdilər.

 

Elnur Quliyev

Leave a Reply