Harvard universitetinin iqtisadiyyat üzrə professoru və Beynəlxalq Valyuta Fondunun keçmiş əməkdaşı Kenneth Rogoff hesab edir ki, bitcoin və digər kriptovalyutalar lotoreya biletlərini xatırladır. O, bunu The Guardian nəşrində dərc edilən məqaləsində qeyd edib.
Kenneth Rogoff: “İstənilən maliyyə aktivinin gələcəyini beynəlxalq tənzimləyicilər müəyyənləşdirir. Dünyanın iri iqtisadiyyatları indiki məqamda kriptovalyutaların anonimlyi və çirkli pulların yuyulmasında istifadəsi ehtimallarının olması ucbatından kriptovalyutaları istifadə etmək istəmirlər. Əgər kriptovalyutalar tənzimləyiciləri təmin etmək üçün anonimlikdən imtina etməyə razı olsalar o zaman onlar öz cazibəliyini itirəcəklər. Bitkoinin qiyməti 100 və ya 100.000 dollar ola bilər və buna görə də bir lotoreya biletini xatırladır. Kriptovalyutaların gələcəyi daha çox inkişaf etmiş dövlətlərin mövqeyindən aslıdır və bunu indidən proqlazşdırmaq da çox çətindi. Hazırda İran, Somali, Venesuela, Şimali Koreya kimi iqtisadiyyatı zəif olan ölkələr kriptovalyutaların milli səviyyədə istifadəsində maraqlı ola bilərlər.”
Elnur Quliyev