Ukraynanın eks baş naziri və 2019-cu ilin mart ayında prezident seçkilərində öz namizədliyini irəli sürmüş Yuliya Timoşenko bəyan edib ki, korrupsiya ilə mübarızə aparmaq üçün blockchain texnologiyası ideal alətdir. Yuliya Timoşenko 9 dekabr – korrupsiya ilə beynnəlxalq mübarızə günündə sosial şəbəkədə müasir Ukraynanın totalitar korrupsiya rejimində olmasından yazıb və qeyd edib ki, onun partiyasının ilk görəcəyi işlərdən biri ölkədə rüşvətxorluq və korrupsiyanın aradan qaldırılması olacaq. Eks baş nazirin sözlərinə əsasən blokcchain texnologiyası dövlət və bələdiyyə idarəetməsində effektiv vasitədir.
Yuliya Timoşenko: “Blockchain – beynəlxalq təcrübə ilə təsdiqlənən mükəmməl anti-korrupsiya texnologiyasıdır. Hökumət qurumlarında korrupsiyanı aradan qaldırmaq və hər bir vətəndaşın şəxsi məlumatlarını qorumaq üçün bütün inzibati sistemləri blockchain-ə köçürməliyik.”
Xatırladım ki, Yuliya Timoşenko ilk dəfə 2005-ci ildə Ukraynanın baş naziri olub. O, 2018-ci ilin iyun ayında 2019-cu ilin mart ayında keçiriləcək prezident seçkilərində iştirak edəcəyini elan edib.
Elnur Quliyev