Akbank Ripple ilə pul köçürmələrinə başladı

    Türkiyənin ən iri banklarından biri olan Akbank Ripple ilə əməkdaşlıq müqaviləsi çərçivəsində RippleNet bazasında Böyük Britaniyaya ödəniş dəhlizi açacaq və köçürmələr funt sterlinqdə ediləcək. İlkin mərhələdə köçürmələr yalnız Santander UK hesablarına mümkün olacaq.

    Akbankın vitse prezidenti Tolga Ulutaş: “Biz Santander UK ilə Ripple blockchain infrastrukturu vasitəsilə funt sterlinq köçürmələrinə başlayırıq. Bu əhəmiyyətli texnologiyanın köməyi ilə müştərilərimiz daha az xərclə xaricə pul göndərə biləcəklər. RippleNet sistemi böyüməyə davam edir və biz bu xidmətin inkişafını davam etdiririk, müxtəlif banklarla əməkdaşlıq qururuq.”

oie_YzsCjV6aTTdH

    Xatırladım ki, Akbank 2017-ci ildə RippleNet-e qoşularaq Ripple ödəmə həllərini istifadə edən Türkiyənin ilk banka olub.

 

Elnur Quliyev

Leave a Reply