Braziliya milli kriptovalyuta buraxmağı planlaşdırır

     Braziliyanın Dövlət Bankı 2019-cu ildə BNDES adlı milli kriptovalyutasını buraxmağı planlaşdırır. Bu xəbəri AtoZ Markets agentliyi yayıb. Ethereum blokçeyni üzrəində buraxılan BNDES ölkənin milli valyutası olan Braziliya realı ilə 1:1 nisbətində bərabər tutulacaq. İlkin mərhələdə milli kriptovalyutadan xeyriyyəçilik və mədəniyyət müəssislərinin ehtiyaclarının ödənilməsi üçün istifadə ediləcək.

shutterstock_1201705168.jpg   Milli kriptovalyutanın yaradılması ideyası dövlət bankının fəaliyyətində yeni islahatların aparılması ilə əlaqədardır. Belə ki, ölkənin bank sistemi rüşvətxorluq və korrupsiya hallarının olması ilə məşhurdur və hakimiyyət ümid edir ki, yeni blokçeyn proyekt olan BNDES bank sisteminin nüfuzunun bərpa edilməsində müsbət rol oynayacaq. Milli kriptovalyuta layihəsi ilkin mərhələdə vergi ödəyicilərinin dövlət reyestri (Cadastro Nacional da Pessoa Jurídica – CNPJ) tərəfindən verilmiş elektron sənədlər sisteminə əsaslanacaq. BNDES proyektinin inkişafı üzrə menecer Vanessa Almeida öz müsahibəsində qeyd edib ki, onun komandası qanunvericiliyin tələblərinə cavab verən smart-müqavilələri istifadə etməyi planlaşdırır. Onun sözlərinə əsasən şəxsiyyətin identifikasiyası imkan verəcək ki, kripto-token kim tərəfindən və hara göndərildiyini müəyyən edilsin.

Elnur Quliyev

Leave a Reply