Bloomberg: Facebook WhatsApp üçün kriptovalyuta buraxmağı planaşdırır

  Facebook WhatsApp istifadəçiləri üçün kriptovalyuta buraxmağı planlaşdırır. Bloomberg xəbər agentliyinin verdiyi məlumata əsasən yeni kriptovalyuta yalnız WhatsApp tətbiqi daxilində pul köçürmələri üçün istifadə ediləcək və Hindistan pul köçürmələri bazarına yönəldiləcək. WhatsApp Hindistanda kifayət qədər populyardır və ölkə üzrə istifadəçi sayı 200 milyondan çoxdur. Ümumilkdə isə ölkədə 480 milyon internet istifadəçisi var ki, bu göstərici üzrə Hindistan yalnız Çindən geridə qalır. Forrester Research Inc-in proqnozlarına əsasən 2022-ci ilə qədər bu rəqəm 737 milyon olacaq.

    Xatırladım ki, Dünya Bankının hesabatına əsasən Hidistana 2017-ci ildə xaricdən 69 milyard dollar dəyərində pul köçürmələri daxil olub.

picture1

 

Elnur Quliyev

Leave a Reply